36 baxış
Bu yazını paylaşın
İctimai

“Hərbiləşdirilmiş Mühafizə İdarəsi” ötən ili zərərlə başa vurub

24 İyun 2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC 2022-ci ili 281 min manat zərərlə başa vurub. Halbuki, şirkət 2021-ci ildən 180 min manat xalis mənfəətlə çıxmışdı.

Telejurnal  xəbər verir ki, ötən il “Hərbiləşdirilmiş Mühafizə İdarəsi”nin göstərdiyi xidmətlərdən gəlirləri 8,621 milyon manat (əvvəlki ilə nisbətən 25,9 % çox), xidmətlərinin maya dəyəri 7,753 milyon manat (33,7 % çox), ümumi və inzibati xərcləri 1,149 milyon manat (32,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Hərbiləşdirilmiş Mühafizə İdarəsi”nin aktivləri 620 min manat olub ki, bu da illik müqayisədə 29,6 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 3,2 % artaraq 604 min manata çatıb, balans kapitalı isə 19,7 dəfə azalaraq 15 min manata düşüb.

Xatırladaq ki, “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 min manatdır. Şirkət rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…