24 baxış
Bu yazını paylaşın
Siyasi

Hərbi qulluqçularla mənəvi-psixoloji mövzuda söhbətlər aparılıb

25 Yanvar 2023

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri tərəfindən qoşunlarda, xüsusilə işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan bölmələrdə xidmət edən hərbi qulluqçularla görüşlər keçirilib.

Bu barədə TELEJURNAL-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşlərdə hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və sosial qayğıları öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Şəxsi heyətə Beynəlxalq Humanitar Hüququn normaları və informasiya təhlükəsizliyi, eləcə də hərbi intizamın möhkəmləndirilməsinə dair lazımi tövsiyələr verilib.

Bundan başqa, “Heydər Əliyev İli” çərçivəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev irsindən danışılıb.

Hərbi qulluqçular ölkə rəhbərliyinin diqqət və qayğısını daima hiss etdiklərini, göstərilən bu ali etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…