48 baxış
Bu yazını paylaşın
Siyasi

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi üzrə tədbirlər keçirilib

14 Yanvar 2022

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə birlikdə bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin və sosial problemlərinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandirlərə kömək göstərilməsinə dair tədbirlər keçirilib.
“TELEJURNAL” xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlər çərçivəsində hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, əsəbi-psixi vəziyyətlərinin qiymətləndirilməsi, hərbi xidməti təhlükəsizliyinin təmin edilməsi, şəxsi heyətin sağlamlığının qorunması, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, digər mövzularda söhbətlər aparılıb. Həmçinin bu istiqamətdə sosial-psixoloji testlər və fəaliyyətlərin səmərəliliyinin artırılması məqsədilə komandir-rəis heyəti ilə təlimat-metodiki məşğələlər keçirilib, tövsiyələr verilib.


Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…