29 baxış
Bu yazını paylaşın
Siyasi

Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi məqsədilə tədbirlər keçirilib

07 Fevral 2022

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin psixoloqlarının, Respublika Hərbi Prokurorluğunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə hərbi hissələrdə tədbirlər keçirilib.
“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, plana əsasən, bölmələrdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin öyrənilməsinə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsində komandir-rəis heyətinə kömək göstərilməsinə dair tövsiyə xarakterli metodiki məşğələ keçirilib.
Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərlə onların xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlığının qorunması məqsədilə kollektiv, qrup və fərdi qaydada psixoloji yardım və dəstək fəaliyyəti həyata keçirilib, söhbətlər aparılıb.
Sonda gənc əsgərləri maraqlandıran suallar cavablandırılıb və onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…