52 baxış
Bu yazını paylaşın
Siyasi

“Hərbi əməliyyatlar qanuni olaraq Azərbaycan ərazilərində aparılır”

03 Oktyabr 2020

Latviya Baş Nazirinin müavini, Müdafiə naziri Artis Pabriks RigaTV24 telekanalına müsahibəsində hazırda Dağlıq Qarabağ regionunda gedən hərbi əməliyyatlara toxunub.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, A. Pabriks qeyd edib ki, bu dondurulmuş münaqişə canlı müstəviyə keçib:

“Ötən il Latviya Seyminin (Parlament) kürsüsündən çıxış edərkən son dövrlərdə beynəlxalq təşkilatların rolunun azaldığını, milli dövlətlərin öz üzərilərinə daha çox məsuliyyət götürdüklərini və bunun da öz növbəsində dialoqları əvəzlədiyini bildirmişdim. Əgər konkret olaraq Cənubi Qafqazda olan münaqişə haqqında danışırıqsa, deyə bilərəm ki, bizim Xarici İşlər Nazirliyimiz hər iki tərəfin məsələni danışıqlar masası arxasında əyləşərək sülh yolu ilə həll etməsinə dair Latviyanın mövqeyini dəqiq formada ortaya qoyub. Ancaq, gerçəklik budur ki, 26 ildir ki, işğal olunmuş 7 rayon, Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı həll istiqamətində bir tük qədər irəliləyiş olmayıb.

Latviya tərəfi olaraq biz hər hansı münaqişənin sülh yolu ilə həllinə sadiq qalırıq, eyni zamanda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri prinsipinə tərəfdarıq. Və biz bilirik ki, Azərbaycan hökuməti öz ərazilərinin 13 faizi üzərində nəzarətə malik deyildir. Hazırda baş verən hərbi əməliyyatlar qanuni olaraq de-yure Azərbaycan ərazilərində, de-fakto isə Azərbaycanın idarə etmədiyi ərazilərdə aparılır.

Biz dünya ictimaiyyəti tərəfindən bir tərəfdən müharibədə hər hansı döyüşən tərəfin dəstəklənməsi ilə bağlı çəkingən mövqe – çünki sülh hər zaman daha yaxşıdır -, digər tərəfdən isə beynəlxalq təşkilatların və aparılan dialoqların 26 ildir ki, uğurlu olmadığını qəbul etməli olduğumuzu görürük”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…