143 baxış
Bu yazını paylaşın
Müsahibə

Hər ilmədə bizim barmaq izimiz var-Osmanova Sevinc

09 İyul 2023

Tunc dövründən bəri Azərbaycan xalqı xalçaçılıqla məşğul olmuşdur. Bu sahənin inkişafının ikinci qolu isə XX əsrin ortalarına təsadüf edir. Xalça sənətinin inkişafının bir qolu “Azərxalça” İstehsalat Birliyinin fəaliyyəti ilə bağlıdır. Məhz, “Azərxalça”nın nəzdində yaradılan sex və emalatxanalarda hazırlanan məhsullarda müxtəlif,geniş,müasir və rəngarəng kompozisiyalardan istifadə edilir. Telejurnal.az müsahibəni təqdim edir.

Sənətin dilindən sənətkar anlar. Bugünkü müsahibimiz “Azərxalça”nın 35 ildən artıq təcrübəyə sahib xalçaçısı Osmanova Sevincdir.

Uşaq yaşlarından xalçaçılığa həvəsi olan, sənətin bütün sirlərini ailəsindən öyrənən Sevinc xanım öz biliyini tələbələrinəötürərək özündən sonra da davamçılar yaradır.

-Xalça tək öyrətmək deyil,həm də öyrənməkdir. Bildiyim hər bir şeyi kiməsə öyrətməyi sevən insanam. Çünki,insan öyrənməsə,öyrənə bilməz. Həm də,bizim haqqımız deyil bunu gizlədək.

Bəs hansı yaş aralığı daha yaxşı mənimsəyir?

Uşaq yaşlarında olanların ilmə götürməyi yaxşı olur. Yuxarı yaşlarda bir az da olsa,ləngimə olur.

Bəs ailənizdən bu sənətlə məşğul olan var?

– 2 oğlum var,onlara ilmə toxumağı öyrətmişəm,amma bununla yaşamaq,ailə saxlamaq mümkün deyil. Buradan qazanılan maaş həyat standartlarına uyğun deyil. Qızım da olsa,qoymazdım,istəməzdim. Yaşatmaq istənilən sənətdir,amma yaşatmır.

 

Bəs bir xalçanı hazırlanması nə qədər müddətə başa gəlir?

-Onu tam dəqiqliyilə demək düzgün olmaz.Əhval-ruhiyyənə də baxır. Xalçada 1 xətt tamamlananda biz ona çin deyirik.Ola bilər ki,bir gün 1 çin toxuyarsan,sabahkı gün 18-20. Əhvalın yaxşı olanda,mıhsuldarlıq da yüksək olur. Yenə də,bir kvadrat metrlik xalça 2.5-3 ay aparır,amma yun xalçalarda 1 aya toxumaq mümkündür.

 

Sizcə,xalçaya tələbat azalıbmı və buna səbəbi nədə görürsünüz?

-İnsanların maddi vəziyyətindən. Bu məhsul deyil ki,hər gün alasan. Biz,xalq olaraq mənəviyyatımızı qidalandırmırıq,özümüqidalandırırıq. Xalça isə ruhun qidasıdır.

 

Xalçaçılıqla bağlı yaddaqalan bir hadisəni danışa bilərsinizmi?

-Xalça bütöv çıxanda elə bil gözəl övlad yetişdirmiş oluram. Bir narahatlıq çıxanda,elə bilirəm övladım şikəst olub. Mən bunu hər daim fikirləşmişəm,hətta elə olub mən xəstələnmişəm.

Bir dəfə xalça toxuyanda,fikirli idim,haşiyədə səhv etdim. Fikrim qaldı xalçada,evə getdim,xəstələndim,qızdırmalı oldum. Yuxuda məni bir qadın boğurdu. Xalçadakı motiv mənə qadın kimi göründü. Dedi: “sən məni niyə incitdin,mən ki,iki yetim anasıydım”. Gəldim işə,xalçanı söküb yenidən işlədim,səhvimi düzəltdim və qızdırmam da keçdi ondan sonra.

 

Xalçanı “incə sənət” adlandıran Sevinc xanım bir dəfə xalçanın sehrinə bələd olanın,bir daha uzaqlaşmayacağını bildirir.

-Burda oturdun,sən artıq başqa dünyadasan. Nə olursa olsun,sevirəm mən bu sənəti. Sevməsəm,əsla işləyə bilmərəm.

 

Son olaraq,gənclərə nə tövsiyə edirsiniz?

-Bu işdən gəlir götürməsələr belə,hər kəs ilmə vurmağı bacarsın. Bədxah qonşularımız oğurlayır bizim bu gözəl sənəti,amma xalça sırf Azərbaycana aid olan bir sənətdir.Hər ilmədə bizim barmaq izimiz var. İstəsələr belə,bu izi silə bilməzlər.

 

Ən böyük arzusu öz şəxsi dəzgahı ilə yaratdığı xalçaları gələcək nəsillərə gözəl şəkildə ötürmək olan Sevinc xanım xalçanı terapiya olaraq görür. “Mən müalicəvi baxıram,şəxsən sakitləşirəm. Nə qədər problem olsa,unudursan burada. Bir də gördün,düşürsən rənglərin sehrinə”.

 

Azərbaycanın milli-mənəvi dəyərlərindən biri olan xalça bizi dünyaya tanıdan ünsürlərdən biridir. Xalqın yaradıcı təfəkkürünü ortaya çıxaran xalçalarımız müxtəlif ölkələrin müxtəlif muzeylərində insanlara nümayiş olunur. Müsahibimizin dediyi kimi,qədim köklərə sahib olan bu “incə” sənətdə bizim barmaq izlərimiz silinməz olaraq qalacaq və gələcək nəsillərə layiqincə ötürüləcək.

Fatimə Nəsirli

IMG_4741

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…