28 baxış
Bu yazını paylaşın
İctimai

Həmkarlar İttifaqları Konfederasiyasından həssas qrupların özünüməşğulluğuna növbəti dəstək

02 Avqust 2022

mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

TELEJURNAL xəbər verir ki, sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev imzalayıblar.

S.Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə genişləndirildiyini bildirib. O, 2021-ci ildə 16 mindən çox şəxsin özünüməşğulluq proqramına cəlb edildiyini, həmin göstəricinin proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 14 dəfə çox olduğunu diqqətə çatdırıb. Son 4 ildə 50 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilərək kiçik ailə təsərrüfatlarını yaratdığını deyib.

Nazir proqramın icrasında xüsusilə şəhid ailələri və müharibə iştirakçılarına üstünlük verildiyini vurğulayıb. Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə həmin kateqoriyalardan olan 8 min şəxsin özünüməşğulluq proqramına cəlb olunduğunu qeyd edib. S.Babayev özünüməşğulluq proqramının genişləndirilməsi işlərində sosial tərəfdaşlarla, o cümlədən AHİK-lə fəal əməkdaşlığın həyata keçirildiyini bildirib.

Sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstəyin növbəti ifadəsi olan yeni memorandumun bu sahədə əməkdaşlığı davam etdirməyə əsas yaratdığını vurğulayıb.

S.Möhbalıyev AHİK və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlıq gündəliyinin geniş olduğunu qeyd edib. Son vaxtlar həssas qrupların özünüməşğulluğunun dəstəklənməsi üzrə də əməkdaşlıq təcrübəsi formalaşdığını bildirib. İmzalanan yeni sənədin ölkəmizdə həssas əhali qruplarının sosial dəstəklə təminatı işlərində konfederasiyanın da yaxından iştirak etdiyinin növbəti göstəricisi olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ötən il də həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək edilməsi işlərinə konfederasiya tərəfindən dəstək göstərilib. Həmin dəstək çərçivəsində həssas qruplardan olan şəxslər, o cümlədən bir qrup şəhid ailəsi üzvü və müharibə iştirakçısı özünüməşğulluq proqramına cəlb olunmaqla onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.

İmzalanan yeni Memorandum da həssas qrupların özünüməşğulluğunun təşkilində, proqram iştirakçıları üçün özünüməşğulluq istiqamətinin seçilməsində, biznes-planın hazırlanması və təlimlərin keçirilməsinə dəstək verilməsində, proqram iştirakçılarına aktivlərin təqdim edilməsində, biznes planların icrasının monitorinqində və s. iki qurum arasında əməkdaşlığı nəzərdə tutur.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…