62 baxış
Bu yazını paylaşın
İctimai

Helsinkidə erməni terroruna etiraz edilib

08 Noyabr 2020
Helsinkidə erməni terroruna etiraz edilib

Finlandiyada təhsil alan tələbələrin təşəbbüsü və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Azər-Türk Gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarovanın dəstəyi ilə Helsinki şəhərinin Mərkəzi dəmiryolu vağzalının önündə işğalçı Ermənistan ordusunun hərbi təxribatlarını qınayan icazəli aksiya keçirilib.

Bu barədə Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayan aksiyada soydaşlarımız təcavüzkar Ermənistan ordusunun mülki şəxslərə qarşı törətdiyi vandalizm aktlarını, münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinin və digər yaşayış məntəqələrinin dinc əhalisinin qadağan olunmuş ağır artilleriya silahlarından istifadə etməklə qətlə yetirilməsini, mülki obyektlərin dağıdılmasını pisləyiblər.

Terror qurbanlarının şəkilləri önündə şamlar yandırılıb, onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əllərində erməni təcavüzünü pisləyən məlumatverici plakatlar və Azərbaycan bayrağı tutan gənclər fin və ingilis dillərində “Gəncə üçün dua et!”, “Erməni təcavüzünə son!”, “Bərdə üçün dua et!” “Erməni terrorçuluğuna son!” kimi şüarlar səsləndiriblər.

Həzin Azərbaycan musiqilərinin canlı səsləndirildiyi dinc aksiya şəhər sakinlərinin və turistlərin də diqqətini çəkib. Finlandiyada təhsil alan fəal gənclər Ofeliya Verdiyeva, Fərhad Savoji, Şəfiqə Qasımzadə, Sevda Hüseynova, Aylin Cabbarlı, Üzeyir Abbas, Ömər Mirzəyev, Fərid Əhmədiv, Aysu Saedi, Əsmər İbrahimzadə və Mona Savojifar yerli sakinlərə Ermənistanın dinc əhaliyə qarşı terror aktı törətməsi və günahsız insanların, o cümlədən azyaşlı uşaqların qətlə yetirilməsi barədə məlumat veriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…