18 baxış
Bu yazını paylaşın
Siyasi

hələnin başlanğıcı qoyuldu” – “Azərbaycan-Aİ əlaqələrinin inkişafı istiqamətində yeni mərRƏY

19 İyul 2022

“Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksələn dinamika ilə inkişaf edir. Bu münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir”.

Bu sözləri  TELEJURNAL. az Report-a istinadla  Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir:

“Hazırki siyasi çərçivədə iki tərəfin əlaqələrinin əsas kökünü təşkil edən “Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd mövcuddur. Sənəd 2018-ci il iyul ayında Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının həmin vaxtkı Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. Ümumilikdə Azərbaycanla Aİ arasında bir çox sənədlər imzalanıb”.

Deputat xatırladıb ki, 2021-ci ilin dekabr ayında isə qarşılıqlı razılıq əsasında “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd 2024-cü ilədək uzadılıb:

“Bu da münasibətlərimizin inkişafı istiqamətində çox mühüm addımdır. Ümumilikdə, bu sənədə uyğun olaraq ən vacib məqamlardan biri də odur ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyini götürərək gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib”.

C.Osmanov vurğulayıb ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onun sözlərinə görə, Azərbaycanın ticarətinin 40 faizdən çoxu məhz Aİ-yə üzv dövlətlərinin payına düşür:

“Biz son dövrlər Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımlar atdığını görürük. Belə ki, Mişelin iştirakı ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında 2021-ci ilin dekabr, 2022-ci ilin aprel və may aylarında üç dəfə görüşlər keçirilib. Brüsseldə keçirilən görüşlərdən sonra səsləndirilmiş bəyanatlar Aİ- Azərbaycan münasibətlər çox uğurlu olub. Aİ də Azərbaycanın təqdim etdiyi sülh gündəliyini məhz masa üzərində müzakirə predmetinə çevirib. Azərbaycan tərəfindən yaradılan reallığı qəbul edib”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…