49 baxış
Bu yazını paylaşın
Dünya

“Heç kim Türkiyənin qardaş Azərbaycanı dəstəkləməsinə mane olmayacaq”- Engin Özər

03 Oktyabr 2020

“Türkiyədə Azərbaycanla Ermənistan arasında müharibənin getdiyini düşünmürlər. Azərbaycan öz ərazisində anti-terror əməliyyatı keçirir. Bu, Vətən müharibəsidir, amma Ermənistana qarşı yox, öz torpaqlarını azad edilməsi üçündür”.

Bu sözləri türkiyəli politoloq Engin Özər Media.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ankara hər zaman Bakıya dəstək verəcək, lakin bu, bəzi KİV-lərin sübutsuz yazdıqları kimi, türk qoşunlarının Azərbaycanda döyüşdüyü anlamına gəlmir.

– Bu ərəfədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Azərbaycanı işğal edilmiş torpaqlarının azad edilməsi üçün ədalətli bir mübarizədə dəstəkləyəcəyini söylədi. Onun sitatı: “Qafqazda uzunmüddətli sülhün təminatı işğal olunmuş Azərbaycan torpaqlarının hər bir qarışının azad edilməsindən keçir. Türkiyə Azərbaycanı “bir millət və iki dövlət” prinsipi prizmasından qəbul edir. Azərbaycanlı qardaşlara hər cür dəstəyi göstərməyə davam edəcəyik”.

– Bu belədir və heç kim – nə İran, nə KTMT, nə də Rusiya Türkiyənin qardaş Azərbaycana dəstək verməsinə mane ola bilməz. Bizim ölkəmiz, “Aralıq dənizi böhranı”nda Türkiyəyə qeyd-şərtsiz dəstək verən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır.

– Siyasi addımlardan danışırıqsa, bundan sonra nə baş verə bilər?

– Mən düşünürəm ki, Moskvanın planlarında hələ ki, Nikol Paşinyanı dəstəkləmək yoxdur, gözləyirlər ki, o, saxta “DQR”-in “müstəqilliyini” tanısın.

Bu zaman İrəvan dünya birliyinin dəstəyindən məhrum olacaq, sanksiyaların olması mümkündür, Ermənistan dünyadan təcrid olunacaq. Nəticədə hazırkı Ermənistan baş naziri vəzifəsindən gedə bilər. Ehtimal ki, onun yerini Moskvanın adamı sayılan Robert Köçəryan tutacaq. Sonra isə Ermənistan Rusiya ilə Birlik Dövlətinə daxil edilə bilər.

İndi isə Türkiyə barədə. Azərbaycana həm diplomatik, həm də hərbi baxımdan qeyd-şərtsiz dəstəyimizi bir daha vurğulayım. PKK-dan olan kürd silahlıların Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfində ortaya çıxması barədə məlumatları diqqətlə izləyirik. Hazırda söhbət 300 nəfərdən gedir. Bu isə birbaşa bizə aiddir. Milli təhlükəsizlik məsələləri ilə əlaqəli daha bir vacib məqam –  enerjidir. Türkiyə boru kəmərlərinin təhlükəsizliyinə cəlb edilə bilər.

– Türkiyəyə məxsus F-16 təyyarələrinin hərbi əməliyyatlarda iştirakı ilə bağlı, eləcə də digər bu kimi heç bir sübutu olmayan əsassız açıqlamaları necə izah edə bilərsiniz? Ortada heç bir dəlil yoxdur, Azərbaycan və Türkiyə təkzib edirlər, ancaq erməni tərəfi və ermənipərəst mütəxəssislər bunda israr edirlər. Müasir dünyada mükəmməl izləmə sistemləri, peyklərin olduğu bir vaxtda bunu sübut etmək çox çətin deyil. Ermənistan təyyarəsinin F-16 tərəfindən vurulması ilə bağlı Nikol Paşinyanın açıqlamasından bir neçə gün keçdi. Ancaq heç bir fakt təqdim edilməyib.

– Cavab sadədir. Nikol Paşinyanın bu vəziyyətdə KTMT-ni münaqişəyə cəlb etməkdən başqa çıxış yolu yoxdur. Bu səbəbdən də Türkiyə günahlandırılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…