392 baxış
Bu yazını paylaşın
İctimai

HDQ komandanı: “Dəniz kuboku”nun bütün təşkilati işləri artıq başa çatıb”

12 Avqust 2022

“Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsi keçiriləcək. Yarışın bütün təşkilatı işləri artıq başa çatıb”.

“TELEJURNAL.AZ”ın xəbərinə görə, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov “Dəniz kuboku” yarışından əvvəl keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, kubokun açılışı avqustun 15-də olacaq.

S.Bəkirovun sözlərinə görə, yarışda 4 komanda – Azərbaycan, Rusiya, İran və Qazaxıstan komandaları iştirak edəcək: “Yarışlar 3 mərhələ və 6 epizoddan ibarətdir. Təcrübəmiz və praktikamız imkan verir ki, bu yarışları yüksək səviyyədə təşkil edək. Bunun üçün bütün infrastrukturumuz var.

Hesab edirəm ki, komandaların yarışması üçün yüksək səviyyədə hər cür şərait mövcuddur. Komandalara uğurlar arzulayıram. İnanıram ki, hər bir komanda öz bacarığını yüksək səviyyədə göstərəcək və yüksək uğurlara imza atacaqlar”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…