67 baxış
Bu yazını paylaşın
İqtisadi

Hazırkı mərhələdə Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedə biləcəklər

18 Yanvar 2022

Hazırkı mərhələdə Qarabağa avtobuslarla yalnız Azərbaycan vətəndaşları gedə biləcəklər.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, təşkil edilən avtobus reysləri turizm məqsədli yox, ziyarət məqsədlidir. Vətəndaşlar bu avtobus reyslərindən istifadə edərək işğaldan azad olunmuş ərazilərə gedib oradakı mövcud vəziyyəti öz gözləri ilə görə bilərlər.
“Hazırda ziyarət edənlərin həmin ərazilərdə qalması nəzərdə tutulmayıb, ziyarətçilər getdikləri gün də qayıtmalı olacaqlar. Bərpa və quruculuq işlərinin gedişatından, minalardan təmizləmə prosesindən asılı olaraq, bu müddətin artırılması mümkündür. Həmçinin gələcəkdə xarici vətəndaşlar da bu avtobus reyslərindən istifadə edə biləcəklər”, – deyə nazir müavini əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…