264 baxış
Bu yazını paylaşın
İqtisadi

Hava şəraiti ilə əlaqədar avtomobil yollarındakı vəziyyət

17 Yanvar 2022

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 17-nə hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

“TELEJURNAL” AZƏRTAC-a istinadən bildirib ki, ölkənin dağlıq ərazilərində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq avtomobil yolları nəzarət altındadır.

Dağlıq və dağətəyi ərazilərdə qarın yağması müşahidə olunmasa da, şaxtalı hava şəraiti hökm sürür. Bu səbəbdən səhər saatlarından avtomobil yollarında buzlaşmaya qarşı tədbirlər görülür, qum-duz qarışığı səpilərək avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.

Dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarından istifadə edən sürücülərdən xahiş olunur ki, idarə etdikləri nəqliyyat vasitəsini qış fəslinə uyğun təchiz etsinlər. Əks halda görülən tədbirlərə rəğmən həmin nəqliyyat vasitələrinin hərəkətində problemlər yaranacaq.

https://azertag.az/xeber/Hava_seraiti_ile_elaqedar_avtomobil_yollarindaki_veziyyet-1977480

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…