18 baxış
Bu yazını paylaşın
İdman

Hasan Arat: “Hər kəs Bakıdakı Avropa Oyunlarını nümunə göstərir”

08 İyun 2023

“Hər kəs Bakıdakı Avropa Oyunlarını nümunə göstərir”.

Telejurnal” ın məlumatına görə, bunu Avropa Oyunları Koordinasiya Komitəsinin sədri, Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin üzvü Hasan Arat jurnalistlərə açıqlamasında deyib.

Funksioner yarışın ilk dəfə məhz 2015-ci ildə məhz Azərbaycanda keçirildiyini xatırladıb: “Ölkəniz Avropaya önəmli mesajlar verib. 10 gün sonra Polşada III Avropa Oyunları təşkil olunacaq. Bu turnirlərin davamlı olmasını istəyirik. 2015-ci ildən sonra Azərbaycandakı bütün yarışlar mükəmməl səviyyədə gerçəkləşib. Azərbaycan bizim qürurumuzdur və mənim məmləkətimdir. Bura türklərin ana yurdudur. Biz tək millətik. Azərbaycanın uğuru məni çox qürurlandırır. Burada olmaq bizim üçün xoşdur”.

Hasan Arat Azərbaycanın hər zaman ölkəsinə dəstək olduğunu da söyləyib: “Türkiyədə prezident seçkiləri keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyəyə gəlmişdilər. Hər zaman yanımızda oldular. Zəlzələdən sonra da azərbaycanlı qardaşlarımız bizə dəstəyini əsirgəmədilər. Hər şeydən əvvəl ölkəm adına başda İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına təşəkkür edirəm. Sizi hər zaman yanımızda hiss etdik. Bu, bizə böyük güc verdi”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…