54 baxış
Bu yazını paylaşın
Siyasi

Hakan Fidan: “İsveç NATO-ya problem gətirdiyi görüntüsü yaradır”

04 İyul 2023

“İsveç NATO-ya üzv olmaq istədiyi gündən əlavə güc deyil, problem gətirdiyi görüntüsü yaratması bizi düşündürür”.

Telejurnal   xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyanın xarici işlər naziri Ayman Safadi ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə İsveçin strateji və təhlükəsizlik baxımdan NATO-ya üzvlüyünün bir yük, yaxud fayda verəcəyi müzakirələr üçün açıqdır.

Nazir Stokholmda terrorçu qruplaşmanın aksiyalar keçirə, pul toplaya bildiyi bir şəraitdə müsbət mənzərənin yaranmadığını qeyd edib: “Ancaq biz öz prinsiplərimizlə hərəkət edirik. İsveç öz öhdəliklərini yerinə yetirərsə, başqa alternativlər nəzərdən keçirilə bilər”.

H.Fidan deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələləri diqqətlə izləyir. O, kabinetin iyulun 6-da keçiriləcək toplantısından sonra İsveçlə bağlı məsələyə baxacaqlarını da vurğulayıb.

Qeyd edək ki, İsveçdə bu günlərdə Quran-Kərim yandırılıb. Hökumət bu məsələyə fərdin azadlığı kimi yanaşaraq hadisəni törədəni cəzalandırmayıb. Bu da müsəlman ölkələrində kəskin etirazla qarşılanıb. Hadisə İsveçin NATO-ya üzvlüyü məsələsində ciddi problemlərdən bir olub.

Xatırladaq ki, iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…