138 baxış
Bu yazını paylaşın
Müsahibə

Hackerlik sahəsi ilə bağlı Elvin Abbasov Telejurnal-a müsahibə verib

08 İyul 2023

Bu sahəyə olan maraq peşə xəstəliyidir – Elvin Abbasov

Hacker-kiber hücumla məşğul olan İT(İnformasiya texnologiyaları) mütəxəssisləridir. İT mütəxəssisləri arasında ağ şapkalı, qara(black) şapkalı və gri şapkalı mütəxəssislərdən qara şapkalılara hacker deyilir.

Deməli kiber təhlükəsizlik sahəsinə aid olur bu mütəxəssislər və onlar da bir neçə yerə bölünürlər: blakc hacker- tam zərərli olanlardır. Sonradan istiqamətini dəyişənlər- ağ, gri şapkalılardır ki, onlar daha çox müdafiə yönümlü fəaliyyət aparırlar. Onlar bir çox özəl və dövlət şirkətlərində blutimlərin üzvləri olurlar. Qara(black) şapkalılardan qorunmaq üçün dövlət və özəl böyük kooperasiyaların yaratdığı blutimlər özlərini qara(black) şapkalılardan qoruyurlar. Burada başqa timlər də vardır, bunlardan biri də redteam,daha çox blutimə xidmət edirlər. Onlar müdafiəni sındırmağa çalışırlar və report tutaraq harada nə açıq olduğunu müəyyənləşdirirlər. Sonra da bu açıqları blutimlərə(qoruyan komandaya) məlumat verirlər,özlərini qorumaları, təkmilləşdirmələri üçün.

Bu sözləri Elvin Abbasov öz müsahibəsində bildirib.

Elvin Abbasov həmçinin bildirib ki, virusları, zərərli proqramları da black hackerlər yazırlar və özləri də bunlardan istifadə edirlər. Onlar kiber dələduzluqla məşğul olur, insanların qeyri-leqal yollarla insanların pullarını ələ keçirmək üçün xüsusi ataklar, senaryolar hazırlayırlar. Heç bir dövlət, heç bir qurum onların təhlükəsizliyini qorumur. Onlar kiber fəzada terrorist adlandıra biləcəyimiz zərərli qruplaşmalardır.

Ümumiyyətlə bu sahəyə olan maraq peşə xəstəliyidir. İnsanlar polisliyin, əsgərliyin də həyati təhlükəsinin olduğunu bilirlər, amma maraq, həyəcan var. Bu marağın, həyəcanın onlarda yaratdığı asılılıqlar onları bu sahənin mütəxəsisi edir və onlar hacker kimi formalaşdırır deyə Elvin Abbasov qeyd edib.

 

Aysu Hüseyinova

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…