38 baxış
Bu yazını paylaşın
İctimai

Hacıqabulda ticarət mərkəzinin müdiri cərimələnib

26 İyul 2023

Muğanda ticarət mərkəzinin müdiri cərimələnib.

Bu barədə   Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

İmişli-Bəhramtəpə avtomobil yolunun kənarında fəaliyyət göstərən “Qlobus-999″ tikinti materialları mağazasının, İmişli rayonu, Qaradonlu kəndindəki “Araz” kafesinin, Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisində “Muğan Firması” ticarət mərkəzinin, Saatlı rayonu, Mollavaizli kəndində “Oskar” kafesinin və Bərdə şəhəri, Bakı küçəsində fəaliyyət göstərən “Bazarstore” marketin fəaliyyəti zamanı formalaşan tullantıların qalaqlanaraq yandırılması faktları müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktlarla bağlı akt, protokol tərtib olunub, “Qlobus-999″ mağazasının müdiri Sahil Quliyev, “Araz” kafesinin sahibi Elnur Ağayev, “Oskar” kafesinin sahibi Saqif Məmmədov, “Bazarstore” mağazasının rəhbəri Pərviz Cabbarzadə vəzifəli şəxs qismində cərimələnib.

“Muğan Firması” ticarət mərkəzinin müdiri Zabil Məmmədovun isə hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış sənədlər Hacıqabul rayon məhkəməsinə göndərilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…