227 baxış
Bu yazını paylaşın
İctimai

Hacı Əliyev: “Qələbəmi Prezident İlham Əliyevə həsr edirəm”

11 Avqust 2022

“Cənab Prezident həmişə olduğu kimi bu dəfə də idmançıları tək qoymadı, gəlib bizimlə görüşdü. Ona görə də qələbəmi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edirəm”.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanması barədə danışarkən deyib.

65 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxmış 31 yaşlı idmançı İslamiadanın çox güclü yarışlardan biri olduğunu bildirib: “Bilirsiniz ki, 2017-ci ildə Bakıdakı Oyunlarda da qalib gəlmişdim. Sevindirici haldır ki, burada da qızıl medal qazandım”.

Əliyev iranlı Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşməsinə də toxunub: “Mənə qarşı çox haqsızlıq oldu. Amma buna baxmayaraq, xalçada öz gücümü göstərdim. Əvvəlki mərhələdə Türkiyə idmançısı Hassan Aliyə uduzmuşdu. Hakimlər istəyirdilər ki, öz güləşçiləri üçün medal şansı yaransın. Bununla belə, işimin öhdəsindən gələ bildim”.

Üçqat Avropa və üçqat dünya çempionunun sözlərinə görə, əsas hədəfi 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaqdır: “Qarşıda dünya çempionatı var. Orada iştirak edib-etməyəcəyimi bilmirəm. Bütün gücümü olimpiadaya saxlamaq istəyirəm. Gələn il lisenziya turnirləri var”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…