213 baxış
Bu yazını paylaşın
İctimai

Hacı Əliyev: “İdmançılarımız olimpiadaya yaxşı hazırlaşırlar”

22 Avqust 2022

“İdmançılarımız olimpiadaya yaxşı hazırlaşırlar və inanıram ki, yaxşı nəticələr göstərəcəklər”.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bunu Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarının qalibi olan sərbəst güləşçi Hacı Əliyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş zamanı deyib.

65 kq çəki dərəcəsində çıxış edən titullu pəhləvan dövlət başçısının diqqət və qayğısı nəticəsində hər zaman uğurlar əldə etməyə çalışdıqlarını bildirib: “Böyük yarışlardan gəldikdən sonra idmançıları qəbul etməyiniz, nəticələrimizlə yaxından maraqlanmağınız bizi sevindirir. Bu, bizə böyük stimul verir. Ən böyük hədəfimiz 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır”.

Əliyev güləşçilərin İslamiadada güclərini bir daha sübut etdiyini söyləyib: “Beş il əvvəl Bakıda keçirilən yarışda qazandığımız nəticəni təkrarladıq və biz 23 medal əldə etdik. Bunlardan 8-i qızıl, 8-i gümüş və 7-si bürünc medal idi. Ümumilikdə sərbəst güləşçilərimiz ikinci, yunan-Roma və qadınlardan ibarət yığma komandalarımız isə birinci oldular”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…