19 baxış
Bu yazını paylaşın
Siyasi

Gürcüstanın Baş naziri azərbaycandilli yeni məktəbin açılışında iştirak edib

08 Aprel 2022

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfər edib.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, o, Kürdlər kəndində yeni inşa olunmuş azərbaycandilli ictimai məktəbin açılış mərasimində iştirak edib.

Hökumət başçısı bildirib ki, təhsil müəssisəsinin inşası təxminən 4 milyon lariyə başa gəlib. O, Marneulidə daha 7 məktəbin tikintisinin davam etdirildiyini vurğulayıb.

İ.Qaribaşvili yeni məktəbin müasir standartlara cavab verdiyini qeyd edib: “Məktəblər Avropa standarlarına uyğun olmalıdır. Bu cür şərait əlbəttə ki, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək”.

Tədbirə ölkənin təhsil və elm naziri Mixeil Çxenkeli, Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili, Marneuli meri Kənan Ömərov və digər rəsmi şəxslər də qatılıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…