56 baxış
Bu yazını paylaşın
Dünya

“Gürcüstandan Ermənistana gedən internet kabellərində kənar müdaxilələr aşkarlanıb”- Gürcüstan DİN

03 Oktyabr 2020

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Kvemo Kartli, Marneuli və Dmanisidə naməlum şəxslərin Ermənistana və eyni zamanda yerli əhaliyə internet çıxışını təmin edən fiber optik kabelləri kəsdiyini açıqlayıb.

Nazirlikdən bildirilib ki, Kvemo Kartli Polis İdarəsi Dmanisi və Marneuli rayonlarında “beynəlxalq əhəmiyyətli fiber optik kabellərin zədələnməsi ilə bağlı istintaq” başlanıb.

Hazırda problemin həll edildiyi qeyd olunur.

Bildirilir ki, kəsilən kabellər Qara dənizdən çıxaraq Avropa və Asiyanı birləşdirən, Poti-Tbilisi-Bolnisi-Dmanisi-Ermənistan istiqamətinə keçən beynəlxalq əhəmiyyətli fiber optik kabellər olub.

Gürcüstan DİN faktla bağlı araşdırma aparır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…