20 baxış
Bu yazını paylaşın
Siyasi

Gürcüstandan Azərbaycana qanunsuz siqaretlər gətirilməsinin qarşısı alınıb

04 İyul 2023

Gürcüstandan Azərbaycana gələn nəqliyyat vasitəsinin yük yerində siqaretlər aşkar edilib.

Bu barədə  Dövlət Gömrük Komitəsindən məlumat veriib.

Bildirilib ki, Komitənin Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Mazımqara” gömrük postunda Gürcüstan istiqamətindən gələn yük nəqliyyat vasitəsinə həyata keçirilən gömrük yoxlaması zamanı kinoloji xidməti it nəqliyyat vasitəsinin qoşqusuna reaksiya verib.

Baxış zamanı, qoşqunun yük yerinin arasından döşəməyə dağınıq şəkildə yığılmış Azərbaycanın aksiz markası ilə markalanmayan 230 qutu “Marlboro touch gray” və 70 qutu “Parliament Night Blue” markalı, ümumilikdə 300 qutu siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…