59 baxış
Bu yazını paylaşın
Uncategorized

Gürcüstanda Qarabağ şəhidinin ailəsi ziyarət olunub

13 Noyabr 2020
Gürcüstanda Qarabağ şəhidinin ailəsi ziyarət olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirliyin digər əməkdaşları Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan Qarabağ şəhidi Elşən Məmmədovun ailəsinə baş çəkiblər.

Telejurnal.az REPORT-a istinadən xəbər verir ki, onlar Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə şəhidin ailə üzvlərini təbrik ediblər.

Səfir şəhidin atası Vaqif Məmmədovla söhbət zamanı bildirib ki, E.Məmmədov kimi bütün şəhidlərimizin qanı yerdə qalmadı və artıq onların ruhu şaddır.

F.Quliyev Azərbaycan dövlətinin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini qeyd edib. O, ailənin qayğıları ilə də maraqlanıb.

V.Məmmədov ziyarətə görə və daima diqqətdə saxlanıldığına görə Azərbaycan səfirinə təşəkkür edib.

Daha sonra E.Məmmədovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, E.Məmmədov 2015-ci ilin sentyabrın 25-də şəhid olub. Qarabağ şəhidi ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı və 2017-ci ilin mayında Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunub. Şəhidin Zol-Güvəc kəndindəki ata evində xatirə guşəsi yaradılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…