25 baxış
Bu yazını paylaşın
Siyasi

Gürcüstan XİN: “Azərbaycanla münasibətlər unikal xarakter daşıyır”

22 İyul 2022

“Gürcüstan və Azərbaycan arasında münasibətlər unikal xarakter daşıyır. Bizim tərəfdaşlığımız nümunəvidir”.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Tbilisidə Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin 30 illiyinə həsr olunan beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla bundan sonra da münasibətləri dərinləşdirməkdə maraqlıdır.

XİN rəsmisi qeyd edib ki, Gürcüstan regionda sülhün bərqərar olması üçün səylərini əsirgəmir: “Bölgədə sülhə alternativ yoxdur. Ümid edirik ki, regionumuz sülhün qarantı olacaq”.

L.Darsaliya Gürcüstanla Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, energetika, nəqliyyat sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə geniş şaxəli münasibətlərin olduğunu bildirib: “Bu münasibətlərin inkişafı davam etdirilməli, birgə səylərlə yeni perspektivlər müəyyənləşdirilməlidir. Son 30 ildə bizim ölkələr tərəfdaş və dost olmağın nə olduğunu göstərib. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək”.

Qeyd edək ki, “Gürcüstan-Azərbaycan: Əsrlərin sınağından keçmiş dostluq irsi” adlı konfrans Azərbaycanın Gürcüstandakı səfirliyi, Qafqaz Beynəlxalq Universiteti, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir. Toplantıda Azərbaycan XİN-nin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti, Gürcüstanın ictimai və elm xadimləri, tarixçilər, politoloqlar, yerli azərbaycanlı icmanın üzvləri iştirak edirlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…