23 baxış
Bu yazını paylaşın
Dünya

Gürcüstan Türkmənistanla iqtisadi əməkdaşlığı genişləndirmək istəyir.

20 İyul 2022

Türkmənistanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkənin Prezidenti Sərdar Berdıməhəmmədovla görüşüb.

TELEJURNAL.az Report-a   xəbər verir ki, tərəflər iki ölkə arasında ticari-iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün yeni imkanları müzakirə ediblər.

Görüşdə regional nəqliyyat layihələri və onların gələcək inkişafı məsələlərinə də toxunulub. Qeyd olunub ki, strateji layihələrin reallaşdırılması Asiya və Avropa arasında Xəzər və Qara dəniz vasitəsilə yükdaşımalarının effektivliyi və təhlükəsizliyini artırır ki, bu da öz növbəsində ticari-iqtisadi münasibətlərin genişləndirilməsi və regionalrarası əlaqələrin inkişafına təkan verir.

Vurğulanıb ki, Gürcüstan yeni avtomobil və dəmir yollarının tikintisinə, dəniz limanlarının imkanlarının genişləndirilməsinə böyük investisiyalar qoyur və ölkə ərazisindən Qara dənizə istiqamətlənən dəhlizdən istifadə Türkmənistan üçün əlverişlidir.

Tərəflər enerji sahəsində strateji tərəfdaşlığa da toxunublar və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…