36 baxış
Bu yazını paylaşın
Dünya

Gürcüstan şirkətləri Aİ-da dövlət satınalmalarında iştirak edə biləcək.

26 İyul 2022

Gürcüstanda qeydiyyata alınmış şirkətlər Avropa İttifaqına (Aİ) üzv 27 ölkədə dövlət satınalmalarında iştirak imkanı əldə edib.

TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, bununla bağlı qərar Gürcüstan-Aİ Assosiasiya Şurasında qəbul olunub.

Aİ ölkələrində elan olunacaq tenderlərdə iştirak Gürcüstanla Aİ arasındakı ticarət sazişində nəzərdə tutulub. Bu vaxta qədər Gürcüstanın dövlət satınalmalarında iştirak hüququ ilə bağlı məhdudiyyətləri olub.

Gürcüstanın Dövlət Satınalmaları üzrə Agentliyinin məlumatına əsasən, Aİ üzrə hər il 250 minə yaxın dövlət subyekti təqribən 2 trilyon avro məbləğində məhsul və xidmət alır. Ən iri tədarükçülər Almaniya, Fransa, İtaliya, Niderland və İspaniyadır.

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili bildirib ki, qərar ölkədə fəaliyyət göstərən şirkətlər üçün yeni stimul olacaq: “Bu, eyni zamanda Gürcüstanın Avropanın iqtisadi məkanına inteqrasiyası baxımından irəli atılmış mühüm addımdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…