26 baxış
Bu yazını paylaşın
Siyasi

Gürcüstan Prezidenti: “Azərbaycanla çox yaxşı münasibətlərimiz var”

22 İyul 2022

“Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var”.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Birinci kanalda yayımlanan “Günün mövzusu” proqramına müsahibəsində deyib.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bu yaxınlarda Bakıda səfərdə olduğunu qeyd edən dövlət başçısı Gürcüstan hökumətinin onunla görüş imkanını qaçırmasını tənqid edib: “Biz Avropa Komissiyasının Prezidentindən xahiş edə bilərdik ki, onunla söhbət aparmağımız üçün Gürcüstana yarımsaatlıq gəlsin”.

S.Zurabişvilinin fikrincə, hökumət üzvləri Brüsseldə yüksək vəzifəli nümayəndələrlə şəxsən görüşməli və Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu alması üçün yerinə yetirməli olduğu 12 şərti müzakirə etməli idi: “İşləmək bu cür olur. Lakin biz bir-birimizi ittiham etməyə üstünlük veririk və hər birimiz haqlı çıxmaq istəyirik. İşlər belə görülmür”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…