25 baxış
Bu yazını paylaşın
Dünya

Gürcüstan hökuməti biomüxtəlifliyi qorumaq və inkişaf etdirmək üçün yeni qanun layihəsi hazırlayıb.

18 İyul 2022

Gürcüstan hökuməti ölkənin Raça-Leçxum-Kvemo Svaneti bölgəsində yeni qorunan ərazilərin yaradılmasını nəzərdə tutan “Raçanın mühafizə olunan ərazilərinin yaradılması və idarə olunması haqqında” yeni qanun layihəsi hazırlayıb.

 TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, bu qanun ölkədə biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsi ilə bağlı hökumət proqramı əsasında hazırlanıb.

Hökumətin qərarına əsasən, Raça-Leçxum-Kvemo Svaneti bölgəsində 50 894 hektar ərazidə Raça Milli Parkı yaradılacaq. Mühafizə olunan təbiət ərazilərinin yaradılması nəticəsində rayonda inzibati mərkəz fəaliyyət göstərəcək və yeni iş yerləri açılacaq.

Eyni zamanda, regionda biomüxtəlifliyin, landşaftların və ekosistemlərin mühafizəsi, təbii sərvətlərin davamlı idarə olunması təmin olunacaq.

Qeyd edək ki, UNESCO-nun qərarı ilə Gürcüstanın Kaxeti bölgəsində yerləşən iki – Dedoplistskaro və Üç Alazani qorunan ərazilərinə biosfer qoruq statusu təqdim edilib.

Biosfer qoruqlar bioloji müxtəlifliyin qorunması və təbiətdən davamlı istifadə maraqları naminə insan və təbiətin harmonik qarşılıqlı əlaqəsini təşviq etmək üçün nəzərdə tutulub.

Məlumat üçün bildirilir ki, Gürcüstan ətraf mühit, mədəni və ya buna bənzər dəyərlərinə görə bir neçə qorunan əraziyə malikdir.

Gürcüstanın qorunan ərazilərinin ümumi sahəsi 511 123 hektardır, bu ölkə ərazisinin təqribən 8,33 faizini təşkil edir. Mühafizə olunan ərazilərin ümumi sayı isə 90-dır.

Hazırda Gürcüstanda 14 sərt təbiət qoruğu, 11 milli park, 18 idarə olunan təbiət qoruğu, 40 təbii abidə və 2 qorunan landşaft var.

Sərt təbiət qoruqları 140,672 hektar, milli parklar isə 276,724 hektar ərazini əhatə edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…