18 baxış
Bu yazını paylaşın
Dünya

Gürcüstan Baş naziri ilə Türkmənistan prezidenti arasında keçirilən görüşdə iki ölkənin tranzit potensialı əsas müzakirə mövzusu olub.

20 İyul 2022

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Mərkəzi Asiya regionuna səfəri çərçivəsində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovla görüşüb. Görüşdə Gürcüstan-Türkmənistan əlaqələrinin dərinləşməsi, birgə layihələr, Gürcüstan və Türkmənistanın tranzit potensialı əsas müzakirə mövzusu olub.

 TELEJURNAL. az  AZƏRTAC-a istinadla  xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Bildirilir ki, söhbət zamanı regional nəqliyyat layihələri və onların gələcək inkişafı diqqət mərkəzində olub. Bildirilib ki, bu strateji layihələrin həyata keçirilməsi Asiya ilə Avropa arasında Xəzər və Qara dəniz vasitəsilə yükdaşımaların səmərəliliyini və təhlükəsizliyini artıracaq. Eyni zamanda, ticarət-iqtisadi əlaqələrin genişlənməsinə və regionlararası əlaqələrin inkişafına təkan verəcək.

Gürcüstan yeni avtomobil və dəmir yollarının tikintisinə, dəniz limanlarının imkanlarının genişləndirilməsinə böyük sərmayə qoyur və Gürcüstan ərazisindən Qara dənizə gedən dəhlizdən istifadə Türkmənistan üçün sərfəlidir.

Tərəflər enerji sahəsində strateji tərəfdaşlığa da toxunub, mövcud əməkdaşlığı daha da dərinləşdirməyə hazırlıq ifadə olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…