249 baxış
Bu yazını paylaşın
Siyasi

Gürcü siyasətçi: Prezident İlham Əliyevin əraziləri işğaldan azad etməsi 100 ildə bir dəfə baş verən mühüm hadisədir

09 Dekabr 2021

Azərbaycan Prezidenti İlham Əliyevin ərazilərin işğaldan azad edilməsinə nail olması 100 ildə bir dəfə baş verən mühüm hadisədir. Azərbaycan xalqı xoşbəxtdir ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin Prezident İlham Əliyev kimi layiqli davamçısı var.

‘TELEJURNAL’ ‘AZƏRTAC’-a istinadən xəbər verir ki, bu sözləri “Vahid Gürcüstan” Partiyasının lideri Nino Burcanadze söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə xalqının ən böyük arzusunu yerinə yetirdi.

“Bu gün Prezident İlham Əliyev atasının, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin layiqli davamçısıdır. O da Gürcüstanın böyük dostudur. Azərbaycan xalqına və Prezidentinə uğurlar arzulayıram. İnanıram ki, Azərbaycan-Gürcüstan münasibətlərinə bundan sonra da xələl gətirilməyəcək”, – deyə N.Burcanadze vurğulayıb.

https://azertag.az/xeber/Gurcu_siyasetchi_Prezident_Ilham_Aliyevin_erazileri_isgaldan_azad_etmesi_100_ilde_bir_defe_bas_veren_muhum_hadisedir-1947048

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…