34 baxış
Bu yazını paylaşın
İqtisadi

Gülnarə Xaydarşina: “AMB uçot dərəcəsinin artırılması üzrə fasiləni uzadacaq”

21 İyul 2023

Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 26-da keçiriləcək İdarə Heyətinin iclasında faiz dərəcələrinin artırılması üzrə fasilənin uzadılacağı və təkrar maliyyələşdirmə dərəcəsinin dəyişməz olaraq 9 % səviyyəsində saxlanılacağı gözlənilir.

Telejurnal   xəbər verir ki, bunu Rusiyanın “Qazprombank” ASC-nin Tədqiqatlar şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

Belə bir qərarın lehinə olan əsaslar sırasında G.Xaydarşina, hələ də təkrar maliyyələşdirmə dərəcəsini üstələyən inflyasiyanın davamlı olaraq yavaşlamasını, əhalinin əmanətlərinin dollarlaşma səviyyəsinin sabit olmasını, xarici inflyasiya fonunun zəifləməsini, qeyri-neft-qaz sektorunun inkişafı üçün əlavə şəraitin yaradılması zərurətini göstərib.

“İnflyasiyanın davamlı yavaşlamasını nəzərə alaraq, AMB tərəfindən yumşaldılma istiqamətində addım atılacağını istisna etmirik. Mərkəzi Bank iyun ayında keçirilən iclasında pul siyasətinin sərtləşdirilməsi dayandırılıb, faiz dərəcəsi isə 9 % səviyyəsində saxlanılıb. Faiz dəhlizinin aşağı və yuxarı həddi müvafiq olaraq 7,5 % və 10 % səviyyəsində saxlanılıb.

Həmin vaxt AMB-dən məsələ belə şərh edilmişdi ki, uçot dərəcəsinin artırılmaması qərarı yenilənmiş makroiqtisadi proqnozlara və inflyasiyaya təsir edən amillərə əsaslanır. Mərkəzi Bank vurğulamışdı ki, yeni konfiqurasiyada pul alətlərindən müvafiq istifadə, məcburi ehtiyat tələblərinin artırılması və makroprudensial tənzimləmədə dəyişikliklərlə yanaşı faiz dərəcəsinin artırılması və faiz dəhlizinin digər parametrlərinin tənzimlənməsi ilə bağlı daha əvvəl görülmüş tədbirlər inflyasiya təzyiqinin qarşısını alıb.

Həmin vaxt AMB onu da qeyd etmişdi ki, dezinflyasiya tendensiyası davam edərsə, birdəfəlik sərtləşdirmənin gələcəkdə daha da yumşalma perspektivi ilə ən azı sentyabr ayına qədər dayandırılacağı gözlənilir. İnflyasiyanın yavaşlamasının sabit tendensiyaya çevrildiyini nəzərə alaraq, gələn həftə monetar sərtləşdirmədə fasilənin uzadılacağını gözləyirik”, – “Qazprombank”ın baş iqtisadçısı bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…