416 baxış
Bu yazını paylaşın
Siyasi

Güc və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir

24 Noyabr 2021

Rəsmi Moskva tərəfindən Qərbin təşəbbüsü ilə təşkil edilən görüşədək yeni görüş təşkil edəcəyi həm ehtimal edilən, həm də gözlənilən idi.
Birincisi, hamımız çox gözəl bilirik ki, Ermənistan regionda Rusiyanın forpostudur. Rusiya Ermənistanın iqtisadiyyatına yatırımlar edir, Ermənistanın dəmir yolları və bir sıra sənaye sahələri Rusiyanın inhisarındadır və Ermənistanın Qərb və cənub sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Rusiya Ermənistanın müdafiə sənayesini texniki cəhətdən təmin və təşkil edən əsas dövlətlərdən biridir.
İkincisi, gözlənilən 10 noyabr görüşünün təxirə salınmasından sonra 15 dekabr Qərbin moderatorluğu ilə görüşün təşkil olunması və əsas məsələr üzrə orada Rusiya olmadan razılığın əldə olunmasına Rusiya razı ola bilməzdi. Rusiya II Qarabağ müharibəsindən sonra əldə edilmiş sülhün qarantı rolunda çıxış etdiyi halda belə bir görüşün onun təşkilatçılığı ilə keçirilməsini heç cür həzm edə bilməzdi. Burada Rusiyanın regional və beynəlxalq siyasi imici də müzakirə mövzusudur.
Üçüncüsü, Rusiya Ermənistanın sərhədlərini qoruduğu halda və özünün də bəyan etdiyi kimi, delimitasiya və demarkasiya üçün əsas ola biləcək xəritələrin məhz RF MN Baş Qərargahında olması onu göstərir ki, RF sərhəd məsələsində dominantlığını saxlamaqda iddialıdır və əsas vasitəçi rolunu Qərbə uduzmaq fikrində deyil. Əlavə olaraq, Qərbin təşəbbüsü ilə Azərbaycan və Ermənistan MN arasında etimadın yaradılması halı da RF narahat edən məqamlardan hesab olunur. Ermənistanın əsas silah tadarükçüsü kimi Rusiyanın olmasını nəzərə alsaq, bu məsələdə də RF öz rolunu saxlamaqda heç kimə güzəştə getməyəcək.
Dördüncüsü: Minalı ərazilərin xəritələrinin qaytarılması da əsas məqamlardan biridir. Yadınızdadırsa, Qərbin təşəbbüsü ilə ilk xəritələr Azərbaycan tərəfinə qaytarılan kimi, RF bu məsələdə liderliyi əldən verməmək və balansı qorumaq məqsədilə növbəti xəritələrin Azərbaycana qaytarılmasını təşkil elədi.
Rəsmi Bakının bu planda fikirləri tam aydın və açıqdır. Əldə olunmuş sülhü qorunub saxlanılması üçün müxtəlif səviyyəli platformalarda danışıqların aparılmasına hazırdır. Əslində Bakı 15 dekabr görüşünə razılıq verməklə RF bir mesaj verir ki, əgər bu məsələdə RF ciddi səylər göstərməsə, əlavə alternativlər mövcuddur. Həm də bu alternativlər özləri Azərbaycanla əlaqə qurmaqda daha maraqlıdırlar nəinki Azərbaycanın özü. Yəni Azərbaycan bir neçə alternativin mövcud olduğu hazırki şəraitdə axtarış etməyə yox, əslində seçim etməyə hazırdır. Sərhədlərin delimitasiya və demarkasiya olunması, ərazilərin qarşılıqlı tanınması, minalı xəritələrin tam dolğun şəkildə qaytarılması, erməni silahlılarının bölgədən çıxarılması, Laçın dəhlizinin işinin düzgün qurulması, RF SM-nın öz fəaliyyətlərini düzgün təşkil etməsi, nəqliyyat və kommunikasiya xətlərinin açılması və nəhayət sülh sazişinin imzalanması Azərbaycanın rəsmi mövqeyinin dayaq nöqtələridir. Bu məsələlərin həll olunmasında Azərbaycan heç kimə güzəştə getməyəcək. Azərbaycan özünü AXC-nin varisi elan etmiş və 70 il ərzində Ermənistana verilmiş ərazilər tam şəkildə Azərbaycana qaytarılmalıdır. Təbii ki, bu məsələlər Soçidə müzakirə olunacaq. Belə olan şəraitdə Söçi görüşü Azərbaycanın üstünlüyü ilə keçəcəyi ehtimalı daha da çoxdur. Çünki, RF də bəzi məsələlərdə Azərbaycanla həmrəydir. Paşinyanın dünənki çıxışı zamanı qeyd olunan məsələlər barəsində dediyi fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanın maraqları tam şəkildə təmin olunacaq. Belə olacaq vəziyyətdə Brüssel görüşü daha çox formal xarakter daşıyacaqdır.
Hər nə olursa olsun, Azərbaycanın haqlı mövqeyi onun bütün səviyyəli görüşlərdə milli maraqların qorunmasına xidmət edir. Azərbaycan tərəfindən irəli sürülən bütün şərtlər tam şəkildə icra olunacaqdır. Sadəcə bir qədər zamana ehtiyac vardır. Güc və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir!!!!

 

Müəllif: ARPDİA doktorantı Amid Əliyev

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…