609 baxış
Bu yazını paylaşın
İctimai

Göygöldə gənclər təşkilatları üçün “Yay təcrübə məktəbi” düşərgəsi yekunlaşıb

23 Avqust 2022

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, NAYORA-nın təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbər və nümayəndələri üçün 17-22 avqust tarixlərində keçirilmiş 6 günlük yay təcrübə məktəbi uğurla yekunlaşıb.

NAYORA-nın Mətbuat xidmətindən TELEJURNAL-a məlumat verilib ki, 100 nəfər gəncin iştirak etdiyi düşərgənin əsas məqsədi gənclər təşkilatlarının rəhbər və fəal nümayəndələrini bir araya gətirməklə, gənclər təşkilatları və dövlət qurumlarının nümayəndələri ilə birlikdə gənclərlə bağlı bir sıra məsələləri müzakirə etmək, həmçinin təhsil/qeyri-formal təhsil, karyera və məşğulluq, özünü inkişaf, liderlik mövzularında görüş və təlimlərin keçirilməsidir. Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, həmçinin fəal üzvlərinin şəbəkələşməsinin təmin edilməsi, aktual və zəruri istiqamətlərdə bilik və bacarıqlarının artırılması, o cümlədən gənclərlə iş sahəsində təcrübə mübadilələrinin və yeni təkliflərin verilməsi də əsas məqsədlər sırasına daxildir.

Qeyd edək ki, proqram çərçivəsində ilk günlər iştirakçıların şəbəkələşməsi məqsədi ilə proqramın moderatoru Fəxri Məhəmmədzadə tərəfindən komanda quruculuğu oyunları, müxtəlif vörkşop və enercayzerlər keçirilib. Düşərgənin ikinci günü Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Göygöl rayonunun icra başçısı Elvin Paşayev və  Milli Məclisin deputatı Pərvin Kərimzadə ilə iştirakçıların görüşü baş tutub, “Gənclərin inkişafında gənclər təşkilatlarının rolu” mövzusuna dair ətraflı müazakirələr aparılıb.

Düşərgənin sonrakı günlərində Milli Məclisin deputatı Naqif Həmzəyev,  GİKM-in baş direktoru Ramtiq Alızadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin icraçı direktoru Aygün Əliyeva, NAYORA-nın sədr müavini Ülviyyə Axundova, İdarə Heyətinin üzvü Nigar Ələsgərova, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu və Göygöl rayon YAP sədri Vüqar İsayev, NAYORA-nın Baş katibi Ramin Həbibzadə, İdarə Heyətinin üzvü Orduxan Qəhrəmanzadə və Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyinin sədri İlyas İsmayıllı kimi dəyərli qonaqların iştirakı ilə müxtəlif mövzular ətrafında görüşlər və MNTK üzvü Rəsul Quliyevin moderatorluğu panel müzakirələri keçirilib.

Qeyd edək ki, asudə vaxtın səmərəli dəyərləndirilməsi məqsədi ilə İdarə Heyətinin üzvü Azad Manaflının moderatorluğu ilə intellektual oyun keçirilib, Göygöl Gənclər Evi və Göygöl Milli parkına infotur edilib. Daha sonra gənclər təşkilatlarının sərgisi və infosessiya baş tutub, təşkilat nümayəndələri təmsil etdikləri qurumları digər təşkilatlara ətraflı tanıtmaq şansı əldə ediblər.

Məlumat üçün vurğulayaq ki, son gün qala gecəsində qalib komandalar müəyyən olunaraq kubok və medallar, aktivlik göstərən iştitakçılara isə hədiyyələr təqdim edilib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…