25 baxış
Bu yazını paylaşın
Dünya

Gənclər və İdman Nazirliyində İslamiada ilə bağlı iclas keçirilib.

27 İyul 2022

V İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı Gənclər və İdman Nazirliyində iclas keçirilib.

TELEJURNAL. az Report-a istinadən xəbər verir ki, Azərbaycanı təmsil edəcək idman növləri üzrə federasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan toplantıda nazir Fərid Qayıbov yarışlara az vaxt qaldığını xatırladaraq, ölkənin geniş nümayəndə heyəti ilə təmsil olunacağını bildirib.

O, qeyd edib ki, dövlət idmançıların İslamiadada iştirakı üçün bütün vacib məsələləri həll edib. Nazirin sözlərinə görə, görüşün əsas məqsədi qarşıya çıxa biləcək sualları birlikdə müzakirə etməkdir.

Nazir müavini Mariana Vasileva və nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov təşkilati məsələlər, eləcə də, növlər üzrə komandaların gediş-gəliş, yerləşmə və yarışlarda iştirak məsələləri barədə məlumat veriblər. Azərbaycan Oyunlarda ən böyük nümayəndə heyəti ilə təmsil olunan ölkə olacaq.

İclasda nümayəndə heyətinin vahid geyimi, tibbi təminatı, yerləşmə, nəqliyyat, qidalanma və digər mühüm məsələlər barədə məlumat verilib, federasiya nümayəndələrinin sualları cavablandırılıb. Həmçinin İslam Həmrəyliyi Oyunlarının mediada işıqlandırılması məsələləri də müzakirə edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…