20 baxış
Bu yazını paylaşın
İdman

Gənclər və İdman Nazirliyi rəsmi maskotunu təqdim edib

02 İyun 2023

Gənclər və İdman Nazirliyi (AGİN) ölkə ictimaiyyətinə qurumun rəsmi maskotunu təqdim edib.

AGİN-dən “Telejurnal” a verilən məlumata görə, qızıl qartal formalı maskot “AZZİ” adlanır və öz dizaynı, adı, forması, üzərindəki rəngləri ilə Qarabağ qartalını simvolizə edir.

Bundan başqa, qartal Azərbaycan gəncləri və idmançılarına xas olan qorxmazlıq və cəsarət kimi keyfiyyətləri özündə təcəssüm etdirir.

Bildirilib ki, layihənin təşəbbüskarı Gənclər və İdman Nazirliyidir, maskotun arxasındakı isə Skott Hesinqtondur. Əslən ABŞ-dan olan mütəxəssisin yaradıcı sahədə iyirmi ilə yaxın zəngin təcrübəsi var və o, ABŞ basketbol liqasının “Detroit Pistons”, “Orlando Magic” kimi komandalarında çalışıb. Xarici mütəxəssis tərəfindən maskotun təqdimatı bu sahəyə maraq göstərən yerli gənclərə töhfə verərək onların da bu sahədə inkişafına dəstək olacaq.

Qeyd edək ki, maskot aprel ayında keçirilmiş “Formula 1” Azərbaycan Qran-Prisinin fan zonasında ilk dəfə olaraq azarkeşləri salamlayıb. Bundan başqa, idmansevərlər “AZZİ”ni Bakıda növbəti iki gün ərzində davam edəcək taekvondo üzrə dünya çempionatında görə bilərlər. Bu gün isə o, Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançasının açılışında məktəbli uşaqların sevimli dostuna çevrilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…