490 baxış
Bu yazını paylaşın
İctimai

Gənclər üçün ödənişsiz ilk yardım təlimləri başa çatıb

01 İyul 2022

 

“İrəli” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə gənclər üçün “Qızıl Yardım” layihəsi başa çatıb.

Birliyin Mətbuat xidmətindən TELEJURNAL-a bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd gənclər və gənclərlə işləyən şəxslərin ilk yardımla bağlı bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə baş verə biləcək bədbəxt hadisələrə hazırlıqlı olmasını təmin etməkdir. 5 gün davam edən layihədə xüsusi proqram çərçivəsində gənclərə ümumi ilk yardım, hadisə yerinin dəyərləndirilməsi, qanaxma, şok, huşunu itirmə, koma, yaralanma, kəllə-beyin travmaları haqqında ətraflı məlumatlar verilərək, ilk yardım müdaxiləsi vərdişləri aşılanıb.

“İrəli” İctimai Birliyinin ofisində keçirilən bütün təlimlərdə iştirak edən iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən beynəlxalq ilk yardım sertifikatı ilə təltif ediliblər. Qeyd edək ki, təlim proqramını uğurla başa vurmuş gənclər növbəti fəaliyyət müddətində təlimçi kimi formalaşaraq, Birliyin hərbi vətənpərvərlik istiqamətində həyata keçirdiyi düşərgələrdə Sağlamlıq Mərkəzinin təlimatçısı kimi iştirak edəcəklər.

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…