100 baxış
Bu yazını paylaşın
Dünya

Gənclər təşkilatları informasiya müharibəsində Birlik sərgilədilər

15 Sentyabr 2022

Məlum olduğu kimi işğalçı Ermənistan silahlı qüvvələri 12 sentyabr  Azərbaycanla dövlət sərhəddinin müxtəlif istiqamətində yenidən atəşkəsi pozdu və Azərbaycan ordusu  adekvat cavab verdi. Mübarizə tək cəbhədə deyil, həm də kiber aləmdə davam edirdi.

TELEJURNAL xəbər verir ki, vəziyyətlə bağlı ilk reaksiya verən 3 gənclər  təşkilatı –“Gənclərin Töhfəsi”, “GUYS” və “Bizim Gənclik” İctimai Birlikləri  ölkənin ən böyük kampaniyasını başlatdı və nəticə olaraq Azərbaycan informasiya müharibəsində düşmən üzərində ciddi üstünlük əldə etməyə başladı.

İnformasiya müharibəsi Twitter ilə yanaşı digər sosial media platformalarında da aktiv şəkildə keçirilir. Ümumilikdə prosesdə fəal şəkildə yüzlərlə gənc iştirak edərək, həqiqətləri mətn, fotofakt (poster) və digər formalarda dünya ictimaiyyətinə çatdırır. Gənclər bu prosesdə sadəcə paylaşımlarla kifayətlənmir eyni zamanda xarici ölkələrin dövlət rəsmiləri, beynəlxalq media qurumları və nümayəndələri, siyasətçilər, fəallar və digər şəxislərə rəsmi müraciətlər ünvanlayırlar. Bunda əsas məqsəd düşmənimizin yanında olanları qismən neytrallaşdırmaq, neytral olanları isə öz tərəfimizə çəkməkdən ibarətdir.

Azərbaycan Gəncliyi tarixi faktlarla düşməni susdur və bütün dünyaya həqiqətləri çatdırdı. Azərbaycan gəncliyi Silahlı qüvvələrin Ali baş komandanı İlham Əliyevin rəhbərliyi ilə ön  cəbhədə və informasiya cəbhəsində düşmənə gücünü göstərir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…