25 baxış
Bu yazını paylaşın
İctimai

Gəncəyə güclü yağışdan sonra sel gəldi, Daşkəsənə dolu düşdü

23 May 2023

Gəncəyə güclü yağışdan sonra sel gəlib.

 

“Telejurnal” xəbər verir ki,bu gün axşam saatlarında güclü küləkdən sonra şəhərdə intensiv yağış yağıb.

 

Nəticədə sel gəlib, avtomobillərin hərəkətində çətinliklər yaranıb.

 

Daşkəsən rayonu ərazisinə isə saat 18:00-dan başlayaraq güclü dolu, qasırğa ilə müşayiət olunan leysan yağıb.

 

Dolu və leysan yağışları rayon mərkəzində elektrik xətlərinə və dirəklərinə, dam örtüklərinə, küçələrarası istinad divarlarına, kəndlərdə körpülərə, meyvə ağaclarına, kənd təsərrüfatı sahələrinə zərər vurub, sel-suları palçıq kütlələrini və qaya daşlarını avtomobil yollarına tökərək nəqliyyatın hərəkətinə çətinliklər yaranıb.

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyası yerli idarə, müəssisə və xidmət sahələri ilə birgə daxili imkanlar hesabına bərpa işlərini davam etdirir.

 

Hazırda yağıntılı hava şəraiti davam edir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…