83 baxış
Bu yazını paylaşın
İctimai

“Gəncəyə atəş Azərbaycanın özünümüdafiə haqqını aktuallaşdırır”

04 Oktyabr 2020

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, villət vəkili Erkin Qədirli Ermənistan ərazisindən Azərbaycanın Gəncə şəhərinin raket atəşinə tutulmasına münasibət bildirib.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, E.Qədirli bildirib ki, Gəncəyə raket atmaqla Ermənistan bir daha cinayətkar dövlət olduğunu göstərdi: “Legitim hərbi hədəf olmayan, heç bir hərbi zərurət doğurmayan, vurulması hansısa hərbi üstünlük qazandırmayan, üstəlik, beynəlxalq hüquqla qorunan hədəfləri (mülki əhalini, tarixi abidələri və s.) qəsdən vurmaq beynəlxalq cinayətdir.

Həm hərbi məntiqə, həm beynəlxalq hüquqa, həm da işğal faktının özünə görə bizim Ermənistan ərazisində hərbi hədəfləri vurmaq, orada hərbi əməliyyat aparmaq haqqımız var (təcavüzə məruz qaldığımız ilk gündən var). Gəncəyə raket atəşi bizə sadəcə əlavə siyasi bəhanə vermiş olur”.

E.Qədirli qeyd edib ki, biz bu hərbi cinayətə qarşı özümü müdafiə etmək üçün Ermənistan ərazisindən bizə atəş açan raket sistemlərini vursaq, digər dövlətlər və ya birliklər buna qarışmalı deyil: “Biz Ermənistandakı hərbi hədəfləri vursaq, Rusiya Ermənistanın müdafiəsinə gələrmi? Beynəlxaq hüquqa görə, Rusiyanın belə bir halda qarışması üçün heç bir əsası yoxdur. Kollektiv təhlükəsizlik haqqında anlaşmalar yalnız xaricdən qaynaqlanan təhlükələrə qarşı müdafiə üçündür. Təhlükə dövlətin özündən qaynaqlanırsa, başqaları onun müdafiəsinə gəlməyə borclu deyillər. Məsələn, ABŞ-ın Tayvanla anlaşması var. Həmin anlaşmaya görə ABŞ Tayvanı Çindən qorumalıdır. Bununla belə, Tayvan özü Çini təhrik edərsə, ABŞ-ın Tayvanın yardımına gəlmək borcu olmayacaq.

Ermənistan konteksti də elədir. Ermənistanın Azərbaycana qarşı təcavüzü Azərbaycanın özünümüdafiə haqqını aktuallaşdırır. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, təcavüzə məruz qalmış dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyildir. Bu halda Rusiyanın Ermənistanı qorumaq öhdəliyi yaranmır, çünki Ermənistan özü özünə qarşı belə bir təhlükəni yaradıb, bununla da Rusiya ilə kollektiv təhlükəsizlik anlaşmasını pozub. Rusiya üçün əlavə təhlükə yaradıb”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…