66 baxış
Bu yazını paylaşın
Siyasi

Gəncənin atəşə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb

04 Oktyabr 2020
Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

“telejurnal” “Qaynarinfo”a istinadən xəbər verir ki, bu, Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin bəyanatında bildirilib.

“Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulmuşdur. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir”, Baş prokuror əlavə edib.
13.19
Ermənistan ordusunun Gəncəni atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb.
Qaynarinfo-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.
“Ermənistan ordusunun Ermənistanla sərhəddən 60 km aralıda, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə insanların sıx yaşadığı yaşayış məntəqələrinə raket zərbəsi endirməsi nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb. Şəhərə böyük ziyan dəyib”, – deyə qeyd olunub.
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…