209 baxış
Bu yazını paylaşın
Siyasi

Gəncədən körpülərdən birinə “Şuşa” adı verilib

17 Yanvar 2022

Gəncəçay çayı üzərindəki körpülərdən birinə “Şuşa” adı verilib. “Şuşa körpüsü” şəhərin Mirzə Abbas Abbaszadə küçəsində yerləşir.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bir sıra tarixi mənbələrə əsasən, körpü 1843-cü ildə inşa edilib. Layihəsi çar ordusunun hərbi mühəndisi, “poruçik” A.Q.Çartenskiyə məxsusdur. Həmçinin Qafqazda tikilən ilk dəmir və metal konstruksiyalı körpü hesab olunur. Bəzi iddialar görə, tikili Şah Abbas tərəfindən salınan qədim körpünün yerində inşa edilib.

Körpü uzun illər şəhərin müsəlman və xristian əhalisi arasında da keçid rolunu oynayıb. Belə ki, 1804-cü ildə Gəncə Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra şəhərə köçürülən ermənilər çayın sağ sahilində – indi əhali arasında “ikinci hissə” kimi tanınan ərazidə məskunlaşıblar. 1920-ci ildə Azərbaycan bolşeviklərin istilasına məruz qaldıqda, Gəncənin yerli müsəlman əhalisi yadelli işğalına qarşı mübarizəyə qalxır. Fürsətdən istifadə edən ermənilər körpünün yuxarısından şəhərə girməyə cəhd ediblər. Körpünün üzərində qanlı döyüşlər gedib.

Sözügedən tarixi hadisələr Qurban Səidin “Əli və Nino” əsərində də öz əksini tapıb. Əsərin baş qəhrəmanı Əlixan Şirvanşirin düşmənlə son döyüşü məhz burada olub.

https://azertag.az/xeber/Genceden_korpulerden_birine_Susa_adi_verilib-1977262

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…