57 baxış
Bu yazını paylaşın
İctimai

Gəncədə sənaye parkı yaradıla bilər.

28 İyul 2022

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi Gəncə şəhərinin ətrafında sənaye parkının yaradılması imkanlarını nəzərdən keçirir.

Bunu TELEJURNAL. az Report-a istinadən xəbər verir ki,  müsahibəsində Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

“Ölkənin digər yerlərində sənaye parklarının yaradılması ilə bağlı məsələyə mütəmadi olaraq baxılır. Amma sənaye parklarının yaradılması çox da asan məsələ deyil. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə sənaye parklarının yaradılması bizi çətinliklərlə üzləşdirir. Çünki normal işçi qüvvəsinin tapılması, hazır infrastrukturun olması, sənaye müəssisələrini inşa edən şirkət üçün yaxınlıqda yaşayış massivinin olması mühüm amillərdən biridir”, – deyə o, qeyd edib.

Onun sözlərinə görə, Gəncədən başqa digər böyük şəhərlərin də ətrafında sənaye parkları yaradıla bilər: “Lakin bu, hərtərəfli təhlilin məhsulu olmalıdır. Sosial tərəflərin düzgün dəyərləndirilməsi, eyni zamanda sənaye müəssisələrinin buna olan təlabatı araşdırılmalıdır. Hesab edirəm ki, bu mümkündür”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…