29 baxış
Bu yazını paylaşın
İctimai

Gəncədə Qurban bayramında heyvan satışı və kəsimi məntəqələrində yoxlama aparılıb

25 İyun 2023

Gəncə şəhərində Qurban bayramı günlərində heyvanların satış və kəsim məntəqələrinə baxış olub.

TELEJURNAL-ın  məlumatına görə, ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, o cümlədən rahat həyata keçirilməsi məqsədilə məntəqələr yaradılıb.

Belə ki, şəhərin “Kəpəz-Bazarı” ASC-də, “İmamzadə” Dini Kompleksinin qurbangahında, M.Bağırov və Bayan küçələrinin ərazisində qurbanlıq heyvanların satışı və kəsimi məntəqələri təşkil olunacaq.

Artıq sözügedən məntəqələrə baxış keçirilib və burada yaradılan şəraitlə maraqlanılıb.

Qeyd edilib ki, satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə İslam qaydası əsasında kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Bildirilib ki, ətraf ərazilərin çirklənməsinin qarşısının alınmasına məqsədilə kəsim zamanı heyvanın qanı və digər axıntıların kanalizasiya vasitəsilə kənarlaşdırılması üçün məntəqələrin döşəməsi drenaj sistemi ilə təmin edilib.

Məntəqələrdə tullantıların daşınması üçün nəzərdə tutulan xüsusi konteynerlər də yerləşdirilib.

Qeyd edək ki, iyunun 28-29-da Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Sakinlər Qurban bayramı günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd olunan ünvanlara yaxınlaşa bilərlər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…