81 baxış
Bu yazını paylaşın
İctimai

Gəncədə həlak olanlar… – Ana-bala, ər-arvad…

12 Oktyabr 2020

Gəncə şəhərində dünən erməni silahlı qüvvələri tərəfindən törədilmiş terror nəticəsində bir evdən 3 nəfər – ata, ana və oğul həyatını itirib. Bu şəxslər Əsgərov Ceyhun Camal oğlu (1958), Əsgərova Təranə Paşa qızı (1965) və Əsgərov Ülvi Ceyhun oğludur (1990).

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bundan başqa, həlak olanlar arasında ana-bala – Əliyeva Afaq Əziz qızı (1957) və Əliyev Adil Həmzə oğlu (1992) da var.

Terror hadisəsinin digər qurbanları isə Əlizadə Anar Asif oğlu (1982), Əlizadə Nurçin Emin qızı (1987) bir ailənin üzvləridir. Bu ailənin iki körpə balası bundan sonra valideynsiz böyüyəcək.

Qeyd edək ki, Gəncə sakinləri, ziyalılar, millət vəkilləri, diplomatik korpusun nümayəndələri həmin terror hadisəsinin baş verdiyi ərazini ziyarət edir, gül dəstələri düzürlər. Hadisə nəticəsində yaralananların bir hissəsinin uşaq olduğu nəzərə alınaraq, əraziyə həmçinin uşaq oyuncaqları qoyulur.

Qeyd edək ki, Ermənistanın həyata keçirdiyi insanlıq əleyhinə olan bu terror nəticəsində 10 nəfər dinc sakin həlak olub, 34 nəfər yaralanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…