29 baxış
Bu yazını paylaşın
İctimai

Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib

28 İyul 2023

Gəncə şəhərində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib.

TELEJURNAL-ın  məlumatına görə, aksiya Mərkəzi Qan Bankının Gəncə bölməsində baş tutub.

Səhər saatlarından başlayan aksiya çərçivəsində insanlar qan vermək üçün əraziyə gəlir.

Məlumata görə, aksiya gün ərzində davam edəcək.

Qeyd edək ki, qanvermə aksiyaları Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində keçirilir.

Xatırladaq ki, bu gün Aşura mərasimi Gəncə şəhərindəki “İmamzadə” dini kompleksində və digər ibadət ocaqlarında keçirilib. Vətəndaşların təhlükəsizliyi polis əməkdaşları tərəfindən tam təmin edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…