168 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Gəncəçayda baş verən sel gözlənilən bir proses idi- hidroloq Asif Verdiyev

27 May 2023

Son günlərdə yağıntıların artmasıyla bəzi rayonlarda yaranan sel probleminin qarşısı necə alınmalıdır?

“Mayın 25-də axşam və 26-da səhər Gəncəçayda baş verən sel gözlənilən bir proses idi”.

Bu sözləri Telejurnala açıqlamasında hidroloq Asif Verdiyev qeyd edib. Həmçinin o qeyd edib ki, mayın 24-də bütün dövlət qurumlarına, təşkilatlara və KİV vasitəsilə əhaliyə xəbərdarlıq verilmişdir. Mayın 25-də növbəti xəbərdarlıq dəqiqləşdirmə ilə yenidən təqdim olunmuşdur.

“Məlumat üçün qeyd edim aprel, may və iyun ayları çaylarda gursululuq dövrüdür və bu müddətdə Respublikanın dağlıq və dağətəyi rayonlarına yağan leysan xaraxterli yağışlar nəticəsində sel hadisələri baş verir”.

Bəzən əhalidə belə bir təsəvvür yaranır ki, hansısa bir ərazidən axan çay quruyan çaydı və orda su olmur. Ancaq bunu bilməliyik ki, leysan yağış nəticəsində həmin çay təhlükə mənbəyinə çevrilə bilər.

Qarşıdan gözlənilən proqnozlar nələrdir?

“Qeyd edim ki, qeyri-sabit hava şəraiti may ayının sonuna kimi davam edəcək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.

Vəfa Ustayeva

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…