40 baxış
Bu yazını paylaşın
İctimai

Gənc Müəllimlərin III Forumu keçirildi

17 İyun 2023

İyunun 17-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə Gənc Müəllimlərin III Forumu keçirilib.

 

“Telejurnal” xəbər verir ki, forumda elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, ölkəmizin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın gənc müəllim və digər qonaqlar iştirak ediblər.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə assosiasiya haqqında məlumat verib. Sonra AGMA-nın fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

 

Elm və təhsil naziri Emin Əmrullayev son illərdə müəllimlik peşəsinə marağın artdığını və müəllimlərin peşəkarlığının yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb. Emin Əmrullayev təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması və istedadlı gənc müəllimlərin potensialının aşkar olunmasına imkan yaradan bu cür tədbirləri təqdirəlayiq hesab edib.

 

Nazir həmçinin, təhsilverənlərin sertifikatlaşdırılmasına diqqət çəkib, bu prosesin peşəkar bacarıqların ölçülməsi ilə yanaşı, həm də əməkhaqqı islahatı olduğunu bildirib.

Bununla yanaşı, yüksək bal toplayan müəllimlərin metodik xidmətə cəlb olunacağını və nəticələrin gələcəkdə məktəb rəhbəri seçimində əsas göstərici hesab ediləcəyini bildirib.

 

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov gənclərimizin könüllülük fəaliyyəti, həyata keçirilən layihələr, gənc nəslin müasir dünya gəncliyinə inteqrasiyası, gənclərlə iş sahəsində birgə əməkdaşlıq mövzuları ətrafında çıxış edib.

 

Forum Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin ifası ilə davam etdirilib.

 

Tədbir gənc müəllimlər üçün təşkil edilən təlimlərlə başa çatıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…