48 baxış
Bu yazını paylaşın
İctimai

Gənc könüllülər koronavirus təhlükəsinə qarşı maarifləndirici aksiyalar keçirirlər

07 Noyabr 2020

Ağdaş rayonunda gənc könüllülər müharibə şəraitində olan ölkəmizdə koronavirus pandemiyası təhlükəsinə qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə vətəndaşlar arasında maarifləndirici aksiyalar keçirirlər.

Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dünyanı bürüyən koronavirus pandemiyası son günlərdə Azərbaycanda da geniş yayılmaqdadır. Bu baxımdan tətbiq olunan karantin rejimi qaydalarına vətəndaşlar tərəfindən əməl olunması xüsusilə vacibdir. Təəssüf ki, bu qaydaları gözləməyən, ona biganə yanaşanlar da var. Xüsusilə ictimai yerlərdə bəziləri tibbi maskalardan istifadə etmir, ara məsafəni gözləmir, zəruri olmadığı halda evdən çıxaraq küçə və paklarda sıxlıq yaradılar. Gənc könüllülər, qrafik üzrə mütəmadi olaraq ictimai yerlərə – mağazalara, yeməkxanalara, bank və bankomatların qarşısına, ümumiyyətlə sakinlərin çox olduğu yerlərə gedir, artıq ölkəmizdə ikinci cəbhə olan koronavirus pandemiyası təhlükəsinin yarada biləcəyi problemlər barədə izahat işləri aparırlar. Könüllülər ünsiyyətdə olduqları hər kəsə karantin qaydalarına ciddi əməl etmələrinin zəruriliyini xatırladırlar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…