126 baxış
Bu yazını paylaşın
İctimai

Gələcəyin əmək bazarında sizə faydalı olacaq bacarıqlar

02 Mart 2023

Qlobal iqtisadiyyat son illər ərzində İnternet tərəfindən transformasiyaya məruz qalıb. İnkişaf etmiş dünyada, iqtisadi mühərrik fabrik işi və adi ofis işləri kimi xidmətlərin əsasən dəyişiklik edildiyi , robotlar və proqram təminatlarının köməyi ilə avtomatlaşdırıldığı bir post-sənaye modelinə keçid alıb.

TELEJURNAL-ın təqdim edəcəyi yazıda gələcəyin əmək bazarında sizə faydalı olacaq bacarıqlar ilə bağlı əsas detalları, aralarındakı fərqləri diqqətə çatdıracaq:

Dəyişiklik tempi növbəti on ildə kəskin sürət alacaq və bütün sənaye və peşələrin köhnəldiyinin şahidi olacağıq. Sürətlə dəyişən belə bir iqtisadi mühitdə sağ qalmaq və inkişaf etmək üçün fərdi özünü-inkişaf təlimi yolu ilə bacarıq və istedadlarınızı inkişaf etdirməyə çox diqqət yetirməlisiniz.

Mobil əlaqə sistemlərinin və bulud texnologiyasının sürətli inkişafı indi hər kəs üçün istənilən yerdən işləmək, bacarıq və zəhmətindən qazanc əldə etmək üçün tələb olunan rəqəmsal istehsal vasitələrinə sahiblənməyi daha da asanlaşdırır.

21-ci əsrin karyera yolu frilans kimi öz fəaliyyətimizi sərbəst qurmağımıza, rəqəmsal brendlərimizi yaradaraq ideyalarımızı reallaşdırmağımıza, istedadımızı inkişaf etdirməklə daha yaradıcı olmaq və digər insanlar üçün faydalı olmağımıza imkan verir.

Son zamanlarda aparılan bir araşdırmaya əsasən müəyyən edilmişdir ki, bugünkü məktəb şagirdlərinin 65%-i hələ kəşf olunmamış işləri görəcəklər. Biz heç vaxt belə bir sürətli dəyişiklik tempi görməmişik. Yeni iqtisadiyyatda yeganə rəqabət üstünlüyü öyrənmə və uyğunlaşma qabiliyyətimizdir ki, bu da bizim bacarıqlarımızı daima təkmilləşdirməyimizi zəruri edir.

Belə bir mürəkkəb əmək bazarında özümüzə bir yer tapmaq üçün 21-ci əsrin bacarıqları adlandırılan, inkişaf etdirməkdə daima çalışmalı olduğumuz üç bacarıq növünü müəyyən etmişdir:

1. Öyrənmə Bacarıqları:

Öyrənmə bacarıqları məlumatları necə emal etdiyimizi və fərqli mövzular arasında nöqtələri necə birləşdirdiyimizi özündə əks etdirir. Bu, həm də fikir və düşüncələrimizin dəyərlərini aydın və qısa şəkildə ifadə etmək bacarığımızı inkişaf etdirməyi nəzərdə tutur.

  1. Tənqidi düşüncə
  2. Yaradıcı düşüncə
  3. Əməkdaşlıq
  4. Kommunikasiya

 

2. Savadlılıq Bacarıqları:

Savadlılıq bacarıqları internet üzərində fəaliyyət göstərən sosial media şəbəkələrində həqiqəti uydurmalardan necə ayırd etməyimizi əhatə edir. Bura həmçinin hekayələrinizi bölüşmək və insanları ruhlandırmaq üçün informasiya texnologiyalarından necə istifadə edəcəyimizi bilmək də daxildir.

  1. İnformasiya Savadalılığı
  2. Media  Savadlılığı
  3. Texnologiya Savadlılığı

 

 

3. Həyat Bacarıqları:

Həyat bacarıqları təşəbbüs göstərmək, karyera üçün vizyon qurmaq və şəxsi  brendinizi yaratmaq qabiliyyətidir. Hamımız daha inamlı liderlər olmaq üçün çalışmalıyıq.

  1. Çeviklik
  2. Təşəbbüskarlıq
  3. Sosial Bacarıqlar
  4. Məhsuldarlıq
  5. Liderlik

 

Günümüzün əmək bazarında olan işəgötürənlər 21-ci əsrin bu bacarıqlarına sahib olan çoxprofilli insanları işə götürmək və onlarla işləmək istəyirlər. Onlar həmçinin davamlı öyrənmə nailiyyətlərinin əks olunduğu tərcümeyi-halı, eləcə də səriştələri, kreativlik və uzaqgörənlik kimi şəxsi keyfiyyətləri özündə əks etdirən rəqəmsal portfolionu görmək istəyirlər.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…