115 baxış
Bu yazını paylaşın
Müsahibə

Gələcəkdə Zəngilanda, Füzulidə, Laçında və Qubadlıda avtovağzalların fəaliyyəti planlaşdırılır-Elməddin Muradlı

08 İyul 2023

Horadizdən Ağalıya müntəzəm təşkil olunan marşurutlar və bunun nəqliyyat sahəsi üzrə önəmi haqqında Nəqliyyat Eksperti Elməddin Muradlı Teıejurnal.az-a açıqlamasında bildirib:

“Horadizdən Ağalıya və Ağalıdan Horadizə marşurut xəttləri hal hazırda da fəaliyyət göstərir, amma bu qeyri – rəsmi formada fəaliyyətdir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həmin marşurutlar üzrə rəsmi fəaliyyəti tənzimləmək üçün müsabiqə elan edib.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin saytında da müsabiqə barədə məlumatlar verilib. Düşünürəm ki, daşıyıcı şirkətlər, hüquqi və fiziki şəxslər bu müsabiqələrə qatılmaqla bu xidməti həm keyfiyyətli, həm də qanuni şəkildə həyata keçirə bilərlər.Təhlükəsizlik məsələləri önəmlidi, müntəzəmlilik mütləq qorunmalıdır. Yəni, burda nəzarət çox vacibdir. Azad olunmuş ərazilərə müntəzəm şəkildə marşurutların işə salınması yaxşı olar. Çünki artıq Laçında da məskunlaşma baş verdi.Yəni, Ağalıdan sonra Qubadlı , Qubadlıdan sonra Laçının kəndləri. Düşünürəm ki, həmin istiqamətlərdə də xidmətlərə böyük ehtiyac var. Vətəndaşların məmnunluğunu təmin etmək üçün bu xidmət göstərilməlidir.Düşünürəm ki, yaxın zamanda bunlar barədə də tədbirlər görüləcək. Ümumiyyətlə, sərnişin daşıma bütün istiqamətlərdə keyfiyyətli bir formaya gəlib çıxmalıdır. Nəinki, digər ərazilərdə, elə işğaldan azad olunmuş ərazilərdə də, bu məsələlərə çox ciddi yanaşma gözlənilir. Hələlik, qeyri-formal da olsa, bu marşurut xəttləri işləyir, amma bunu formal çərçivəyə salmaqla vətəndaşlara daha komfortlu və təhlükəsiz xidmət göstərmək vacibdir. Getdikcə, bilet sistemini də tətbiq etmək olar. Bu zaman sürücülər sui-istifadə edərək vətəndaşlardan artıq pul ala bilməzlər. Məndə olan məlumata görə, yaxın gələcəkdə Zəngilanda, Füzulidə , Laçında və Qubadlıda avtovağzalların fəaliyyəti planlaşdırılır.Bunlar nəzərdə tutulan işlərdir”.

Nigar Əkbərova.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…